Mersin şəhərində baş verən dəhşətli cinayətin üstü 8 ay sonra açılıb. Belə ki, ötən ilin avqust ayında yaşadıqları evdə vəhşicəsinə öldürülən suriyalı ana və qızının qatili saxlanılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, cinayətdə şübhəli bilinən suriyalı kişi öldürülən qızın sevgili olub və arvadından qorxduğu üçün bu əməli törətdib.

Bildirilir ki, 2017-ci ilin avqustun 29-da Mersinin Toroslar mahalı Çavuşlu Məhəlləsində işdən evə qayıdan suriyalı ata həyat yoldaşı 42 yaşlı Ayşa Cüme və 19 yaşlı qızı Uvfa Naasanı bıçaqlanaraq vəhşicəsinə öldürülmüş halda tapıb. Ana və qızı 60-dan çox bıçaq zərbəsi alıb. Hadisədən sonra polis əməkdaşları araşdırmaya başlayıb. Polisin əməliyyatları zamanı çox sayda insanlar saxlanılıb və sorğusu alındıqdan sonra sərbəst buraxılıb.

Araşdıramalra davam edən polis əməkdaşları cinayətə qurban gedən ailə ilə əlaqəsi olan bir şəxsi izləməyə alıblar. Belə ki, öldürülən ailə ilə tez-tez görüşən Suriya əsilli Şevket K. hadisənin ardından Mersini tərk edib və əlaqə nömrəsini dəyişib. Onun üçün özəl əməliyyat keçirən polis əməkdaşları Şevket.K-nı həbs ediblər.

Gecə saatlarında gizləndiyi məkanda saxlanılıb, ifadəsi alınan şəxs cinayəti törətdiyi qəbul edib. O bildirib ki, ailənin qızi ilə gizli eşq yaşayıb. Sonradan öz həyat yoldaşının öyrənməsindən qorxaraq bu əməli törədib. Məhkəməyə sövq edilən cinayətkar həbs edilib.