Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyaya rəsmi səfər edəcək.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, mayın 13-dən 15-dək davam edəcək səfər çərçivəsində o, Britaniya kraliçası II Yelizavet və baş nazir Tereza Meylə görüşəcək.

Görüşlərdə ikitərəfli əlaqələr və beynəlxalq problemlər müzakirə olunacaq. R.T.Ərdoğan Türkiyə və Böyük Britaniyanın iş adamları və sərmayəçiləri ilə də görüşəcək.

Bundan başqa, Türkiyə prezidenti "Türk-ingilis dadlıdil Fourmunun 7-ci toplantısının bağlanış tədbirinə qatılacaq.