Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinə müdir təyin edilib. Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Rövşən Çingiz oğlu Nəcəf təyin olunub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Rövşən Nəcəf bundan əvvəl "Azərbaycan İnvestisiya Şirkəti ASC-nin icraçı direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Rövşən Çingiz oğlu Nəcəf 1982-ci il Salyan rayonunda anadan olub.