Müğənni Xatun Əliyeva izləyicisini polisə verib.
Unikal.org axşam.az-a istinadən xəbər verir ki, buna səbəb sosial şəbəkə istifadəçisinin sənətçini təhqir etməsi olub.
Xatun İnstaqram səhifəsində həmin qızın şəklini paylaşaraq ondan polisə şikayət verdiyini bildirib:
"Adi məlum olmayan "xanım", heç kimin şərəf və ləyaqətini təhqir etmirəm, bu mənim böyüklüyüm olsun. Buradan onun böyüklərinə və özünə səslənirəm: sizin bu qızınız başından böyük, ailəsindən aldığı tərbiyəni, sosial şəbəkədə nümayiş etdirərək, tanımadığı insanlara təhqiramiz sözlər yazdığı üçün artıq polisdə izahat yazacaq. Mənimlə şəxsən orada üzləşəcək. Artıq belə insanlara dərs vermək vaxtıdır".