İrəvanda etirazçılar Arşakunyats prospektini bağlayıblar.

Unikal.org-un "Sputnik Armeniyaya istinadən verdiyi xəbərə görə, etiraz aksiyasına məhkəmənin "Sasna tsrer" silahlı qrupu üzvlərinin vəsatətinin təmin etməməsi səbəb olub.
Etirazçılar qrup üzvlərinin azad edilməsini tələb edir.
Qeyd edək ki, 2016-cı ilin iyulunda Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən "Sasna tsrer" silahlı qrupunun üzvləri iyulun 31-də polisə təslim olublar. Onlar Ermənistan prezidenti Serj Sarkisyanın istefa verməsini, həbsdə olan təşkilatın lideri və "Təsis parlamentinin sədri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. İki həftə davam edən qarşıdurma nəticəsində 3 polis əməkdaşı ölüb, 6-sı yaralanıb. Silahlı qrup üzvləri barəsində məhkəmə prosesi 2017-ci il, iyunun 8-də başlayıb. Bir neçə nəfər artıq həbs cəzası alıb.