Şamaxıda şagirdini zorlamaqda ittiham edilən müəllim İbrahimov Elnur Həsənağa oğlu saxlanılıb.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ans TV-nin canlı efirində rayona ezam olunmuş müxbir bildirib. Müxbir müsahibə üçün həmin müəllimin evinə getdiyini, lakin saxlanıldığı üçün yalnız onun əmisioğlu ilə görüşə bildiyini qeyd edib. Məlum olub ki, Elnur İbrahimovun 25 yaşı var. Ailəli olan müəllim 2 uşaq atasıdır. Şamaxıda kolleci bitirən müəllim həmin məktəbdə 4 ildir ki, işləyirmiş
Bundan başqa, çəkiliş qrupu zorakılıq nəticəsində hamilə qaldığını iddia edən 9-cu sinif şagirdinin də evinə baş çəkib. Amma qızın bacısı onun anası ilə birgə şəhər mərkəzinə getdiyini deyərək qapını açmayıb.
Xatırladaq ki, 9-cu sinif şagirdi olan qızın sözlərinə görə, müəllim onu gecə öz yaşadıqları evdə ayaqyoluna getmək istəyəndə zorlayıb.