Mikroavtobus dəhşətli qəzaya uğrayıb.

Belə ki, Türkiyənin İğdır bölgəsindən Gürcüstana gedən mikroavtobus Ardahan şəhərində uçuruma aşıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb. Ölənlərdən biri sürücüdür.

Hadisə yerinə səhiyyə işçiləri və polislər toplaşıb. Avtobusda sıxışıb kömksiz vəziyyətə qalanlar səhiyyə işçiləri və polisin köməyi ilə çıxarılıb. Yaralılar Ardahan dövlət xəstəxanasına yerləşdirilib.

Məlumatda bildirilib ki, 5 yaralının vəziyyəti ağırdır.