Hindistanın Maxaraştra ştatında toy karvanı qəzaya uğrayıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  ölkənin qərbində baş verən ağır yol qəzasında 10 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Toydan qayıdan maşın karvanı yanacaq daşıyan maşınla toqquşub. Hadisə yerinə səhiyyə işçiləri və polis əməkdaşları ezam olunub. Təfərrüatlar araşdırılır.