Koreya Xalq Demokratik Respublikası (KXDR) Phunqeridə (KXDR) nüvə poliqonunu bağlamaq qərarına gəlib. Bununla bağlı mərasim bu il mayın 23-25-də keçiriləcək.

Unikal.org TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şənbə günü Yonhap agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda rəsmi Pxenyan texniki hazırlıq işləri ilə məşğuldur.