Ermənistan prezidenti Armen Sarkisyan yeni hökümətin bütün nazirlərini təyin edib.

Unikal.org erməni mətbuatına istinadən həmin siyahını təqdim edir: 


Mqer Qriqoryan - baş nazirin müavini

Mane Tandilyan - əmək və sosial məsələlər üzrə nazir

Atom Cancuqazyan - maliyyə naziri

Artak Zeynalyan - ədliyyə naziri

Zöhrab Mnatsakanyan - xarici işlər naziri

Arsen Torosyan - səhiyyə naziri təyin ediliblər.

Bundan əlavə, Artur Xaçataryan kənd təsərrüfatı naziri, Atsvik Minasyan iqtisadi inkişaf və investisiya naziri, Levon Vaqdaryan idman və gənclər məsələləri üzrə nazir, Qraçya Rostomyan fövqəladə hallar naziri, Artur Qriqoryan enerji infrastrukturları və təbii sərvətlər naziri, Lilit Makunts mədəniyyət naziri, Erik Qriqoryan təbiətin mühafizəsi naziri, Aşot Akopyan nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri təyin ediliblər.