Tbilisidə etiraz aksiyasının keçirildiyi parlament binasının qarşısına əlavə polis qüvvələri cəlb edilib.
Unikal.org xəbər verir ki, xüsusi təyinatlılar bir sıra küçələrə nəzarəti gücləndiriblər.
Xüsusi təyinatlılar Rustavelli prospektinə, o cümlədən Kaşveti kilsəsinə aparan küçələrdə yerləşdiriliblər. Aksiyanın təşkilatçıları baş nazir Giorgi Kvirikaşvilini gecə klublarında keçirilmiş xüsusi əməliyyatla bağlı mövqeyini açıqlamağa çağırıblar.