Türkiyənin Ardahan əyalətində sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.

Unikal.org-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində azı 4 nəfər həlak olub, 22 nəfər isə xəsarət alıb. Yaralananlardan 5-nin vəziyyəti ağırdır.

Məlumata əsasən, qəza Çıldır və Aktaş şəhərləri arasındadı avtomobil yolunda baş verib. Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Araşdırma aparılır.