Fransada bıçaqla silahlanan naməlum şəxs bir neçə nəfərə hücum edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Parisin ikinci dairəsində baş verib. Hücum zamanı 2 nəfər ağır yaralanıb.

"RTL" radiostansiyası isə hücum zamanı 4 nəfərin xəsarət aldığını bildirib. Təfərrüatlar açıqlanmır.