Tbilisidə parlament binası qarşısında dünən saat 15:00-dan bu gün səhərə qədər davam edən etiraz aksiyası dayandırılıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, polis tərəfindən aksiya iştirakçılarının qurduğu çadırlar sökülüb.
Rustaveli prospektində avtomobillərin hərəkəti bərpa olunub. Səhər saatlarında ictimai asayişi pozan 3 aksiya iştirakçısı saxlanılıb. Etirazların təşkilatçılarından olan "Ağ səs-küy hərəkatının lideri Beka Tsikarişvili aksiyanın bu gün saat 15:00-da bərpa olunacağını bildirib. Hərəkat lideri qeyd edib ki, aksiyanın tələbi dəyişməz olaraq qalır. Etirazçılar gecə klublarında 8 nəfərin saxlanılması ilə nəticələnmiş xüsusi əməliyyatla bağlı baş nazir Giorgi Kvirikaşvilidən mövqeyini açıqlamasını tələb edirlər.