Əfqanıstanın Qunduz vilayətində radikal "Taliban" hərəkatının silahlıları ilə döyüşdə ən azı 8 hərbçi ölüb.

Unikal.org  xəbər verir ki, bu barədə "Tolo News" telekanalı polisə istinadən məlumat yayıb.

Toqquşma Qunduz vilayətinin Daşti-Arçi rayonunda "Taliban" silahlılarının hücumundan sonra baş verib. Döyüşdə 8 əsgər və 6 "Taliban" silahlısı ölüb, 4 silahlı yaralanıb. Hökumət qüvvələri bir neçə saat davam edən döyüşdən sonra "Taliban" silahlılarının hücumunu dəf edib.

 "Taliban" hücuma görə məsuliyyəti üzərinə götürüb.