Braziliyada toy zamanı faciə baş verib.

Unikal.org-un məlumata görə, bəy və gəlini toy mərasiminə gətirən helikopter enərkən qəzaya uğrayıb. Nəticədə nəqliyyat vasitəsində yanğın baş verib.

Toy iştirakçıları dərhal müdaxilə edərək, cütlüyü helikopterin içindən çıxara bilib. Xoşbəxtlikdən onlar ciddi xəsarətlər almayıb. Qəzanın səbəbləri araşdırılır.(avtosfer)