Xəbər verdiyimiz kimi Şəkiyə konsert verməyə gələn türkiyəli müğənni Petek Dinçözə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov torpaq sahəsi hədiyyə edib. Bu barədə "ATV maqazin onlarla proqramına açıqlama verən müğənni icra başçısının ona torpaq sahəsi verəcəyi barədə söz verdiyini deyib.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun köməkçisi Yusif Məmmədov yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Unikal.org xəbər verir ki, türkiyəli müğənni icra başçısı tərəfindən torpaq aldığını növbəti dəfə bəyan edib. Arb tv-də yayımlanan Səhər-Səhər verilişində qonaq olan Pətək Dinçöz aparıcı Elgiz Əkbərovun Azərbaycanı, Şəkini necə gördününz sualına belə cavab verib:
"Tez-tez Azərbaycanda konsert vermək üçün gəlirəm. Hər gəlişimdə çox həyəcanlanıram. Çünki sizlərin sevgisi, isti münasibəti o qədər xoşuma gəlir ki, burdan heç ayrılmaq istəmirəm. Şəkidə konsertimizi verdik. İcra başçısı torpaq verəcəyi ilə bağlı söz verdi.
Pətək Dinçözün Şəki konsertinin təşkilatçısı jurnalist Pərviz Sultansoy türkiyəli müğənninin sözlərini dəstəkləyib:
"Pətək Dinçöz artıq Şəkilidir. Çünki orada evi olacaq.
Famil Fərhadoğlu