Bu gün səhər yerli vaxtla saat 09:20 radələrində Rusiyanın Leninqrad vilayətinin Priozersk mahalında, Olkhovka  kəndi yaxınlığında vertolyot qəzası baş verib.  
Unikal.org  interfax.ru-ya istinadən xəbər verir ki, qəzaya düşən vertolyot Suхоdоlskое gölünə düşüb. 
İlkin ehtimala görə, vertolyotun göyərtəsində 9 sərnişin və 2 ekipaj üzvü olub. 
Hadisə yerinə xilasedicilər və təcili yardım maşınları cəlb edilib. Mütəşəkkil axtarış və xilasetmə əməliyyatları aparılır. Hadisənin təfərrüatları dəqiqləşdirilir.