May ayının 17-də müqəddəs Ramazan ayının ilk günüdür.

Unikal.org şou-biznes nümayəndələri arasında oruc tutub-tutmadıqlarına dair sorğu keçirib. Sorğu nəticəsində məlum olub ki, oruc tutan sənətçilərimiz də var:

Tibb Universitetinin dosenti Rəşid Mahmudov: "Mən oruc tutmuram. Mənim üçün din əxlaqdır, saflıqdır, pis yola getməməkdir, əclaflıq eləməməkdir, başqasının haqqını yeməməkdir. Qalan hər şey mənim üçün xurafatdır. Əgər bayaq dediyim şərtlərə əməl etməyən insanlar oruc tutursa- onların oruc tutması mənasızdır. Həmin insanlar qələt edir oruc tutur, başlarını daşa döyürlər.



Əməkdar artist  Elza Seyidcahan: "Oruc tuturam. Allah izn verərsə Ramazan ayının sonuna kimi oruc tutacam. Elə həmkarlarımız var işi bəhanə gətirirlər ki, sənətimə görə oruc tuta bilmirəm. Elələri yalandan özlərinə haqq qazandırırlar. 



Müğənni Manaf Ağayev: "Mənim mədəmdə problem var. Dərman içdiyim üçün oruc tutmuram. Amma 5-6 il öncə oruc tutmuşam. Orucluq məhərrəmliyin bir variantıdır. Gərək içki içməsinlər, dini qaydalara əməl etsinlər.



Xalq artisti Niyaməddin Musayev: "Bəli tuturam. Bilmirəm bu oruc tutmağım necə gün çəkər və ya çəkməz.  Dəqiq bilmirəm neçə gün oruc tutacam.



Xalq artisti Məleykə Əsədova: "Bu günləri tutmamışam. Amma qarşıdakı günlərdə qızım da tutacaq, mən də. Çalışacam tədbirlərim olmayan gün oruc tutum. Mən şeir deyirəm canlı, boğazıma görə su içməli oluram. Amma mütləq bəzi günlər tutacam.



Aşıq Telli Borçalı: "Mən oruc tuta bilmirəm.Amma ürəyimdən keçir. Sadəcə deyirəm adam susuzlayır. Ola bilsin tutaram sonra su içib orucumu pozaram.Allaha qurban olum hamı oruc tutmalıdır. Görəsən mən susuzluğa dözərəmmi? Yoxsa aclığa dözə bilərəm. Sadəcə susuz qalmaq məni qorxudur.




Famil Fərhadoğlu