Bakıda daha bir avtobusda sərnişindaşıma qaydalarının pozulmasını əks etdirən video yayılıb.
Unikal.org xəbər verir ki, videonu avtosfer.az-a göndərən oxucu deyib ki, iki gün əvvəl 56 saylı xətt üzrə hərəkət edən 01 BX 320 dövlət nömrə nişanlı marşrut avtobusu arxa qapısı açıq halda, sərnişin isə qapıdan sallanmış vəziyyətdə hərəkət edib. Bununla da, insanların həyatını təhlükəyə atan avtobus sürücüsü həm də sərnişindaşıma qaydalarını pozub.