Müğənni Roza Zərgərli illər əvvəlbirlikdə çalışdığı əkizlər Sevil və Sevinc Səfərova haqda qalmaqallı açıqlama verib.
Unikal.org-un məlumatına görə, sənətçi "Xüsusi layihədəbacılarla arasında baş verən küsülülüyün səbəbini açıqlayıb:
"S-twins qrupunun həm sponsoru, həm direktoru, həm prodüseri, həm də meneceri idim. İllər əvvəl Röyanın konsertində dicey kimi səhnəyə çıxıblar. Onları bu hadisədən xəbərim olmadan yanıma götürdüm. Tələ qurulmuşdu, onları dövlət tədbirində gördüm. Həmin vaxt səhər efirlərindən birinə məni dəvət etdilər, çox yorğun idim. Öz yerimə bu qızları təklif etdim. Veriliş imtina etdi ki, özünüz də olun. Ondan 4 ay sonraqızları layihə kimi götürdüm. Çünki mən əkiz olmuşam, bacım dünyasını dəyişib. Onun xatirəsinə əkizləri götürdüm. O vaxt toylara getmirdim. 10 min manata toy deyilirdi, yerimə 3-4 minə bunları göndərirdim. Ancaq da mənim repertuarımı oxuyurdular. Əziz bacımın xatirəsinə görə onlara dəstək durdum. Əkizlərin gəlib qızlarına görə məndən xahiş edən anası onlara tərbiyə verməyib.
Aramızdan qara pişik keçməyib. Yanvarda gəldilər dedilər ki, gedirik, sizlə işləmək istəmirik. Soruşdum ki, niyə? Cavab verdilər ki, siz bizi çox sıxırsınız, saat 11-dən sonra dostlarımızla otura bilmirik.
Bu söhbət burada da bağlansın, heç vaxt danışmayacam. Mənə bu haqda sual da verilməsin.