Moskvanın Xovanski qəbiristanlığında 150 nəfərdən çox şəxsin iştirakı ilə kütləvi dava düşüb.
Unikal.org Qafqazinfo RİA Novosti-yə istinadən xəbər verir ki, davada iştirak edən ayrı-ayrı qrupların içində Cənub rayonlarından və Asiyadan gələnlər üstünlük təşkil edib.
Qəbiristanlığın işçilərinin sözlərinə görə, dava nəticəsinə azı 12 nəfər ölüb, 20-dən çox yaralı var.
İlkin ehtimala görə, vətəndaşlar arasında toqquşmaya səbəb sözügedən məkana basqın edilməsi olub.
Daxili İşlər Nazirliyinin baş idarəsinin mətbuat katibi Safiya Xotina bildirib ki, kütləvi davada azı 400 şəxs iştirak edib. Onun sözlərinə görə, yaranmış vəziyyəti stabilləşdirmək üçün əraziyə polislə yanaşı, OMON-çular da (Xüsusi xidmət orqanlarının nümayəndələri) cəlb olunublar.
[video= |
Moskvada qəbiristanlıqda dava - 12 ölü, 20 yaralı+Fotolar
Moskvada qəbiristanlıqda dava - 12 ölü, 20 yaralı+Fotolar
Moskvada qəbiristanlıqda dava - 12 ölü, 20 yaralı+Fotolar