Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti iyunun 17-dən 19-dək keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən unikal.org-a verilən məlumata görə, hazırda Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri icra olunmaqdadır. Bu səbəbdən Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsindən başlayaraq İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsinə qədər olan hissə mayın 14-ü, saat 20:00-dan etibarən mayın 15-i, səhər saat 06:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
 
Qeyd edək ki, Bakı Şəhər Halqasında aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşması nəzərdə tutulur.