Türkiynin məşhur müğənnisi Emre Altuğ keçmiş həyat yoldaşı Çağla Şikel haqqında danışıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni müsahibəsində övladlarının anası olan modellə yenidən bir araya gəlməyin mümkünsüz olduğunu açıqlayıb.
Boşanandan sonra da uşaqları üçün görüşməyə davam edən Altuğ və Şikelin yenidən barışdığı iddia edilmişdi. Ancaq o sonuncu müsahibəsi ilə dedi-qodulara son qoyub:
"Ağlımda yenidən evlənmək yoxdur. Yenidən övladım olsun istəyirdim, amma daha istəmirəm. İki övladım var, onlar bəsimdir".