Azərbaycanın məşhur cazmeni Cavan Zeynallıya ağır itki üz verib.
Unikal.org modern.az-a istinadən xəbər verir ki, müğənninin bacısı vəfat edib:
"Mən sırağagün xaricdən Bakıya gəldim. Təəssüf ki, həmin gün doğma bacımın vəfat etdiyini öyrəndim. Onu dəfn etmişik, indi 3-üdür. Buna görə də mənim üçün matəmdi. Hazırda dəvətlər olsa da, heç bir yerə müsahibə vermirəm, televiziyalara çıxmıram. Vallah indi mənim üçün psixoloji olaraq çox çətindir, ürəyim də ağrıyır.