Bir vaxtlar "Dünyanın ən gözəl uşağı adını alan Kristina Primenova indi də "Dünyanın ən gözəl qızı adını qazanıb.

Unikal.org  xarici mediaya istinadən xəbər verir ki, 4 yaşından modellik edən Kristina hazırda 13 yaşındadır.

O, görünüşü ilə bir çox markaların diqqətini çəkməyi bacarır.

Qeyd edək ki, Moskvada yaşanan Primenovanın atası keçmiş futbolçu, anası isə modeldir. 4 yaşı olarkən anası onu özü ilə çəkilişlərə aparıb və balaca qızın görünüşü bir sıra markaları cəlb edib.

Kristina "Vogue, "Roberto Cavalli və "Armani kimi məşhur brendlərin siması olub.