Faruk Salman keçmiş nişanlısı məşhur müğənni Deniz Seki haqqında bəzi etiraflar edib onu xəyanətdə ittiham edib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin həbs olduğu müddət ərzində ona dəstək olan Faruk Salman ayrılma səbəblərindən danışıb:
"Bütün əməyim ona haram olsun. Qəlbimdə də, beynimdə də hər şey bitib. Allah məni qoruyub. İki həftədə iki başqa adamla eşq yaşayırdı. Bu səbəblə ayrıldıq. Yaşadığı evin kirayə pulunu ödəyirdim. İndi ödəmirəm. Zəng edə bilməsin deyə nömrəsini qara siyahıya atmışam.
Müğənni isə açıqlamaya cavab olaraq sosial şəbəkədən yeni sevgilisi ilə şəklini paylaşıb.