Bakıda marşrut avtobusunda sərnişinin mobil telefonu oğurlanıb.

DİN-dən unikal.org-a verilən məlumata görə, mayın 22-də Nəsimi rayonunun A.Mustafayev küçəsində xidmətdə olan 19-cu Polis Şöbəsinin əməkdaşları "Daewoo markalı sərnişin avtobusunda sərnişinlərin birinin cibindən mobil telefonunu oğurlayıb dayanacaqda düşərək aradan çıxmaq istəyən şəxsi "isti izlərlə yaxalayıblar.

Onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Məmmədov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı sərnişin - Salyan rayon sakini F.Süleymanova məxsus mobil telefon maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.