Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.
Unikal.org xəbər verir ki, 14 May tarixində 6 ev və həyətyanı sahədə, 2 otlaq sahəsi daxil olmaqla 9 partlayış yerinə baxış keçirilib, gün ərzində 13 346 kv. m ərazi təmizlənib.