Bakı Media Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi "Son iclas bədii-sənədli filmi 3 gün ödənişsiz nümayiş olunacaq.
Unikal.org xəbər verir ki. filmin təqdimat mərasimi 25 may tarixində Heydər Əliyev Mərkəzində qapalı şəkildə keçiriləcək.
Daha sonra isə 26, 27 və 28 may tarixlərində CinemaPlus kinoteatrlar şəbəkəsində 3 gün ödənişsiz xalqa təqdim olunacaq.
Filmdə Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanmış filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.