Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu çox maraqlı olacaq.
Qurumun mətbuat xidmətindən Ağca Musayeva unikal.org-a bildirib ki, Musiqili Teatr 25 may saat 19:00-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü şərəfinə yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun pyesi əsasında hazırlanan möhtəşəm səhnə əsərinin premyerasını təqdim edəcək.
26 may saat 19:00-da milyonların sevimli gülüş ustası, xalq artisti Afaq Bəşirqızının iştirakıyla "Toya bir gün qalmış (Ə.Səmədli) və 27 may saat 19:00-da "Hacı Qara (M.F.Axundzadə) tamaşaları göstəriləcək.
Teatr kollektivi balaca tamaşaçıların görüşünə 26 may saat 12:00-da "Qoğalın sərgüzəştləri (Rus xalq nağılı), 27 may saat 12:00-da isə ana dilimizdə "Meşə çaqqalsız olmaz (Ə.Səmədli) nağıl-tamaşaları ilə gələcək.
Həftəni xoş ovqatla və yaddaqalan başa vurmaq istəyən hər kəs 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət mərkəzlərindən əldə edə bilərlər.