Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə şəhərin 7,8,12 birləşmiş məhəllə deyilən ərazidə, Mehdi Hüseynzadə adına stadionun yaxınlığında olub.

Belə ki, Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu şəxsi meyvə tərəvəz dükanında öz işçisi tərəfindən bıçaqlanıb. O, Sumqayıt şəhər TTYX-a çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun meyidi Sumqayıt şəhər morquna təhvil verilib. 

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.