Bir çox təcavüz hadisəsində adı hallanan məşhur amerikalı prodüsser polisə təslim olmaq qərarına gəlib. Unikal.org Nexarici mətbuata istinadən xəbər verir ki, kinematoqrafçıya qarşı rəsmi ittiham irəli sürəcəyi gözlənilir. Nədənsə Harvi Vaynştaynin vəkili məsələ ilə bağlı açıqlama verməkdən boyun qaçırıb.

Qeyd edək ki, 2017-ci ilin oktyabrında Harvi Vaynştayna qarşı onlarla qadın zorlama ittihamı səsləndiriblər. Onların arasında aktrisa Kara Delevin, Lea Seydu, Ancelina Coli, Qvinet Peltrou və Salma Hayek var.