National Geographic Rusiya jurnalı Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə Azərbaycanda fototur təşkil edib.
Unikal.org-un məlumatına görə, fototurun iştirakçıları jurnalın saytında səfər barədə təəssüratlarını bölüşüb.
Jurnalın baş redaktoru Andrey Palamarçuk Azərbaycandan çox xoşu gəldiyini bildirib: "Mən Azərbaycana çoxdan getmək istəyirdim, heç fikirləşməzdim, ölkə bu dərəcədə xoşuma gələcək. Azərbaycan təəccübləndirməyə qadirdir. Bu isə onu bildirir ki, mən bir daha buraya qayıdacağam, həm də tək yox, "National Geographic Rusiya jurnalının kollektivi ilə.
O, öz məqaləsində yazır ki, Bakı Avropa ilə Asiyanın görüşdüyü yerdir: "120 il əvvəl, birinci neft bumunda olduğu kimi, şəhər bu gün də böyüyür və inkişaf edir.
Fototurun iştirakçılarından biri Oksana Petrova öz təəssüratları ilə paylaşarkən bildirib ki, səfərdən sonra o, Azərbaycanı, onun qədim tarixini və görməli yerlərini unutmayacaq.(trend)