Nikolas Maduro öz partiyasının üzvləri tərəfindən Venesuela rəhbərliyindən uzaqlaşdırılacaq.
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı "Assoşeyted Press" agentliyi yayıb. Mətbuat ölkədə hərbi çevrilişin hazırlandığını bildirib:
"Hazırda güc strukturları arasında üç qrup var. Onların hər biri ölkənin inkişafını fərqli istiqamətlərdə görürlər. Bütün bu qruplar böhranın dərinləşməsində maraqlıdırlar. Bu onlara situasiyaya müdaxilə etməyə imkan verir".
Qeyd edək ki, bundan öncə Venesuela Prezidenti Nikolas Maduro ölkədə hərbi təlimlərin keçirilməsi haqqında əmr imzalayıb.