Hazırda Azərbaycanda 500-dən artıq Britaniya şirkəti fəaliyyət göstərir.
Unikal.org-un məlumatına görə bunu Bakıda 25-ci Xəzər Neft Qaz konfransı münasibətilə keçirilən qəbulda Böyük Britaniyanın baş nazirinin Azərbaycan üzrə ticarət nümayəndəsi Baronessa Emma Nikolson bildirib. O qeyd edib ki, Britaniya Azərbaycanla münasibətlərdə ümidverici sahələri nəzərdən keçirəcək. "Bu sahələrə təhsil, iqtisadiyyat, qeyri-neft sektoru daxildir"-deyə o bildirib.
Onun sözlərinə görə neft-qaz Azərbaycan və dünya üçün mühüm əhəmiyyət kəsb etməkdə davam edəcək.