Kapital Bank bütün səhiyyə işçiləri üçün yeni güzəştli kredit aksiyası təqdim edir. Kreditin aylıq ödəniş məbləği 33 manatdan başlayacaq. Aksiyadan əmək haqqını Kapital Bank kartları ilə almayan səhiyyə işçiləri də yararlana biləcəklər.
Unikal.org xəbər verir ki, şərtlərə görə, kreditin illik faiz dərəcəsinə 5%-dək endirim edilir və komissiyasız rəsmiləşdirilir. Üstəlik kredit götürənlərə BirKart hədiyyə olunacaq. 8 500 AZN-dək olan kreditlər isə zaminsiz verilə bilər. Aksiya 30 iyun 2018-ci il tarixədək keçirilir.
Qeyd edək ki, Kapital Bank-da "Gündəlik tələbat kreditinin məbləği 300 - 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Ümumi kredit şərtləri barədə ətraflı - https://kapitalbank.az/loans/cash?hl=az
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.