Suriya prezidenti Bəşər Əsəd KXDR-ə rəsmi səfər etmək və ölkə lideri Kim Çen In ilə görüşmək niyyətində olduğunu bildirib.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Rodong Sinmun" qəzeti yazıb.

Bildirilir ki, Əsəd müvafiq bəyanatla mayın 30-da KXDR-in Suriyadakı yeni səfirinin etimadnaməsini qəbul edən zamanı çıxış edib.

"Mən gələcəkdə KXDR-ə səfər etmək və onun lideri Kim Çen Inla görüşmək niyyətindəyəm", - deyə qəzet prezidentin sözlərini sitat gətirib.

O həmçinin Suriya hökumətinin bundan sonra da Şimali Koreyanın siyasi kursunu dəstəkləyəcəyini bildirib.