Türkiyədə kater qəzaya uğrayıb.

Unikal.org "NTV"-yə istinadən xəbər verir ki, hadisə Antalyada, Demre sularında baş verib. Belə ki, Avropa ökələrinə qanunsuz yolla keçmək istəyən qeyri-leqal miqrantları daşıyan kater batıb. Hadisə nəticəsində 9 miqrant həlak olub. Daha 5 nəfər isə xilas edilib.

Qəza nəticəsində 1 nəfər itkin düşüb. Onun axtarışına başlanılıb.