"Dünya gözəli-2018" gözəllik müsabiqəsinin qalibi Saniya Şakirova Qırğızıstanda yol qəzasında ölüb.

Unikal.org xəbər verir ki, bu barədə TASS agentliyi Qırğızıstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Hadisə İssık-Kul vilayətində Balıqçı-Qaraqol şosesində baş verib. S. Şakirovanın olduğu taksinin sürücüsü idarəetməsini itirib və avtomobil divara çırpılıb. Qəza nəticəsində S. Şakirova həyatını itirib, sürücü isə ağır xəsarət alıb.

Qeyd edək ki, 30 yaşlı model 3 uşaq anası idi.