İngiltərədə oğurluq etmək istəyən qadın başqa birinin çəkdiyi video sayəsində təsadüfən özünü ələ verib.

Unikal.org xarici mətbuata istinadən xəbər veirr ki, hadisə Midlsbro şəhərində bir barda baş verib. Belə ki, bir barda çiçək satan yaşlı qadının əllərini gənc qızın sinəsinə salaraq oğurluq etməyə çalışdığı anlar kameraların obyetinə tuş gəlib.

Yaşlı qadın Abbie Morley adlı gənc qızın şəkil çəkərkən diqqətinin dağınıq olmasından istifadə edib.

Gənc qız həmin an heç nə hiss etmədiyini, ancaq daha sonra videonu izlədikdən sonra şok yaşadığını bildirib. Qadının pul, ya da mobil telefon axtardığı və bu üsulun tez-tez istifadə edildiyi açıqlanıb.