Ukraynanın Lvov şəhərinin mərkəzində yaşayış evinin fasadının bir hissəsi uçub.

Unikal.org Ukrayna mediasına istinadən xəbər verir ki, fasadın dağıntıları altında qalan kişi müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Məlumata görə, Qalitskiy küçəsi ilə Rınok meydanının kəsişməsində evin fasadının bir hissəsi uçub. Nəticədə Azərbaycan vətəndaşı olan Bakı sakini yaralanıb. Həmin kişi Təcili tibbi yardım xəstəxanasına çatdırılıb.