Türkiyənin Rusiya istehsalı olan "Su-57 tipli qırıcı təyyarələr və digər yüksək texnologiyalı silahlar əldə etmək planı Ankaranın ABŞ-ın beşinci nəsil "F-35 tipli təyyarə layihəsində iştirakını təhlükə altına qoyur.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud ÇavuşoğluAnkaranın Rusiyadan "S-400 kompleksləri almasına görə ABŞ-ın "F-35 tipli təyyarələrini Türkiyəyə tədarük etməkdən imtina edəcəyi təqdirdə, ölkəsi "Su-57 qırıcılarını alternativ kimi nəzərdə saxlayacağını bəyan etmişdi.