Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.
Unikal.org report-a istinadən bildirir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsinin rəisi polkovnik-leytenant Müslüm Quliyev vəzifədən azad edilərək Xətai RPİ-nin İstintaq şöbəsinin rəisi təyin edilib.
Xətai RPİ-nin İstintaq şöbəsinin rəisi polkovnik-leytenant Vüqar Əhədov isə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İstintaq və Təhqiqat Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. V.Əhədov bu vəzifəyə işdən çıxarılmış Hikmət Kərimovun yerinə təyin edilib.