Oxfam America, ABŞ-ın ən böyük toyuq istehsal edən quşçuluq fabrikində işçilərə iş vaxtı ayaq yoluna getmək qadağan edilib.
Unikal.org xəbər verir ki, işçilərə iş vaxtı tualetə icazəsi verilmədiyi üçün altlarına bez bağlayıb çalışdıqları deyilir.
Bloombergin yaydığı xəbərə görə, müəssisə rəhbərliyi tualetə gedən işçilərə cəza veriləcəyini və ya işdən çıxarmaqla təhdid ediblər. Məsələ, sözü gedən müəssisədə çalışmış bir insanın sidiyə gec-gec getdiyi üçün həkimə müraciətindən sonra ictimayyətə açıqlanıb.
Aparılan araşdırma zamanı məlum olub ki, müəssisə rəhbərliyinin buna qadağa qoymasının səbəbi ABŞ toyuq qiymətlərinin çox ucuz olması olub: "Toyuq az istehsal olunduğu təqdirdə, işçilərə nəzərdə tutulan əmək haqları verilə bilməməsi səbəbindən bu addım atılıb. İşçilər nə qədər çox işləyərlərsə müəssisənin gəliri bir o qədər çox olacaq və onların əmək haqları vaxtında veriləcək".