Hindistanda 9 ildir çalışdığı müdirinin 4 yaşlı qızına təcavüz edib öldürən şəxs, təhlükəsizlik kamerasına düşdüyünə görə tapılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Dehli şəhərində şirniyyat dükanında işləyən şəxs müdirinin azyaşlı qızına təcavüz edib, öldürəndən sonra iş yerinə qayıdıb.İşçi müdirinin qızını əlindən tutub apararkən təhlükəsizlik kameralarına düşüb.24 yaşlı şəxsin 9 ildir həmin yerdə işlədiyi məlum olub.

Cinayətkar kiçik yaşlı qızı öldürəndən sonra cəsədini anası ilə birgə yaşadığı evə qoyaraq gizlədib.İşə qayıdan Bolu adlı gənc qızın ailəsii ilə birgə axtarışlara başlayıb.Zərərçəkmiş ailənin qonşuları 4 yaşlı qızı Bolu ilə birlikdə getməsini gördüyünü xəbər etməsi hadisəni aşkara çıxarıb. Şübhələn ailə 24 yaşlı işçisinin evinə gedərkən qorxunc mənzərə ilə qarşılaşıb. Cəsədin tibbi müayinəsindən sonra qızın təcavüzə uğradığı məlum olub.Hadisədən sonra cinayətkar həbs olunub.