Rusiya Krım tatarlarından ibarət hərbi bölmələr yaratmaq istəyir.
Unikal.org Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında Krım Tatar Məclisinin sədri Refat Çubarov söyləyib. Onun sözlərinə görə, Moskva bununla da Krımın işğalına qarşı çıxan qüvvələri yox etməyi hədəfləyir:
"Onlar xalqın ruhunu qırmaqdan ötrü Qafqazda istifadə etdikləri metodlardan indi də Krımda yararlanmaq istəyirlər. Onlar bizim gənclərimizi öz xalqlarına qarşı qoymaq istəyirlər".