Türkiyədə "Yasak elma serialında rol alan  aktyoru Tələt Bulutun adı bir neçə gündür təcavüzdə hallanır. Məşhur aktyorun  19 yaşlı qıza təcavüz ediyi iddia edilir.   

Unikal.org xəbər verir ki, 62 yaşlı aktyor haqqında yazılanlarla bağlı susqunluğunu pozub. O Türkiyə mətbuatına açıqlamasında onu təhqir edənləri məhkəməyə verəcəyini deyib: 

"Son bir neçə gündür haqqımda çıxan iddiaları izləyirəm. Gerçəklə heç bir əlaqəsi olmayan ittihamlar mənə və ailəmə pis təsir edir. Mənə şər atan və bu xəbərə inanıb məni təhqir edən hər kəslə məhkəmədə görüşəcəm.

Qeyd edək ki, aktrisa Hande Ataizi də Tələt Bulutun bir neçə il əvvəl ona da təcavüz etdiyini qeyd etmişdi.