Nazirlər Kabineti Dövlət Statistika Komitəsinin kollegiyasının yeni tərkibini təsdiqləyib.
 
Kollegiyanın sədri Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovdur. Kollegiyanın üzvləri isə Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov, Dövlət Statistika Komitəsi sədrinin müavinləri Rauf Səlimov və Yusif Yusifov, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov, Dövlət Statistika Komitəsi Aparatının rəhbəri Cabbar Musayev, Dövlət Statistika Komitəsi Aparatının statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev, Dövlət Statistika Komitəsi Aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov, Dövlət Statistika Komitəsi Aparatının milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri Nuru Süleymanov, Dövlət Statistika Komitəsi Aparatının sosial statistika şöbəsinin müdiri Elçin Hacı, Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Xəqani Məmmədov təyin ediliblər.