Hindistanın Mumbay şəhərinin restoranlarından birində müştəri nahar edən zaman cibində olan mobil telefon partlayıb.

Unikal.org  xəbər verir ki, hadisə restoranın müşahidə kamerasına düşüb.

Kadrlarda kişinin qəfildən masa arxasından atıldığını və telefonu yerə tulladığını görmək olur. Qatı tüstünün qalxmasından sonra digər müştərilər təşvişə düşür və həmin yerdən uzaqlaşır.